AZ

LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır

“Best Brands Group MA” MMC nizamnamə kapitalını 120 080 manatdan 66 044 manata endirib. Bu, 54 036 manat və ya təxminən 45% azalma deməkdir. Bu barədə banker.az saytı məlumat yayıb. 

Şirkət bildirib ki, nizamnamə kapitalının azaldılması ilə bağlı müvafiq qərar qəbul edilib.

“Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunub və Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Pentinin Azərbaycanda rəsmi nümayəndəsidir.

Seçilən
45
1
anews.az

2Mənbələr