Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə Rayon İcra Hakimiyyətində ilin ilk müşavirəsi keçirilib. RİH-in rəhbər heyətinin, habelə Bələdiyyə və MKTB rəhbərlərinin iştirak etdiyi müşavirədə bir sıra cari məsələlər geniş müzakirə edilib. Müşavirədə 2025-ci ilin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, 2026-cı ildə görüləcək işlərə xüsusi diqqət ayrılıb. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən müvafiq tapşırıq və göstərişlər verilib. Müşavirədə müvafiq tədbirlərinin görülməsi ilə bağlı vəzifəli şəxslər və qurumlar qarşısında konkret vəzifələr müəyyən edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta




