AZ

Bu müəllimlərin maaşlarına əlavələr olunacaq: Vəsait ayrıldı

Kənddə çalışan müəllimlərin əməkhaqqılarına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub.

Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.

Seçilən
101
21
publika.az

5Mənbələr