AZ

II Qaregin rəsmən hədəfə alındı: “Əsl canidir, həbs olunmalıdır”

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Erməni Apostol Kilsəsinin rəhbəri, Katolikos II Qaregin (Ktriç Nersisyan) barəsində son dərəcə sərt və qalmaqallı açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Rubinyan Katolikosun davranışlarını "erməni xalqına xəyanət" kimi qiymətləndirərək, onun kilsədən uzaqlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bildirib.

Rubinyanın sözlərinə görə, Ktriç Nersisyan Ermənistan əvəzinə başqa bir ölkəni seçdiyi, həmçinin erməni xalqı ilə "onu talayanlar" arasında seçim edərək talançıların tərəfində dayandığı andan etibarən artıq "caniləşib".

"Bu məqamdan sonra onun nə bəyanatlarının, nə də addımlarının hər hansı əhəmiyyəti qalmayıb. O, əsl canidir", - deyə Rubinyan vurğulayıb.

Parlament vitse-spikeri daha da irəli gedərək qeyd edib ki, əgər Katolikos tövbə etməsə və bu xətti davam etdirsə, ona yalnız "şərəfli istirahətə göndərilmək" kifayət etməz:
"Onu Erməni Apostol Kilsəsindən tamamilə xaric etmək və iman xaini kimi həbsxanaya göndərmək lazımdır".

Bu açıqlama Ermənistan cəmiyyətində dövlət-kilsə münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini göstərən ən açıq siqnallardan biri kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr