AZ

SON DƏQİQƏ! Azərbaycanlı futbolçu Özbəkistan klubu ilə danışıq aparır 

Türkiyə I Liqa klubu “Serikspor”da çıxış edən Sertan Taşkın komandadan ayrıla bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə Özbəkistanın “Qızılqum” klubu maraqlanır. Artıq tərəflər arasında danışıqlar başlayıb.

Özbəklər Taşkına hazırkı klubundan daha sərfəli maaş təklif ediblər. Futbolçu hələlik yekun qərarını verməyib.

Özbəkistan çempionatı martda start götürəcək.

Xatırladaq ki, azərbaycanlı oyunçunun forma geyindiyi “Serikspor” Türkiyə I Liqasında 12-ci sıradadır.

Həsən Quluzadə

Seçilən
25
idmanxeber.az

1Mənbələr