AZ

2026-cı ildə büdcətəşkilatlarınınödənişli xidmətlərindən 1 milyardmanatdan çox gəlir gözlənilir

Büdcə təşkilatlarının ödənişli xidmətləri

Büdcə  təşkilatlarının  ödənişli  xidmətlərindən  dövlət  büdcəsinə 1  milyard  21  milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 141 milyon manat və ya 16 faiz çoxdur.

Marja.az xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilir.

Sair gəlirlər 

2026-cı ilin dövlət büdcəsinin sair gəlirləri aşağıdakı mənbələr üzrə formalaşacaq:

- Dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən icarə haqqı – 40 milyon manat;

- Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar - 600 milyon manat;

- Məqsədli büdcə fondları üzrə daxilolmalar - 67,3 milyon manat;

- Vahid xəzinə hesabının qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar – 80 milyon manat;

- Yığımlar və inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə çatan hissə üzrə daxilolmalar  - 149,1 milyon manat;

- Digər daxilolmalar - 44,6 milyon manat

Seçilən
16
1
marja.az

2Mənbələr