AZ

İran parlamenti büdcəni düzəlişlə təsdiqlədi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran parlamenti (İslami Şura Məclisi) hökumətin düzəlişlərindən sonra gələn il (21 mart 2026-cı ildə başlayacaq) üçün yeni büdcəni təsdiqləyib.

KONKRET.az xəbər verir ki, açıq iclasda 171 deputat lehinə, 69 deputat əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.

Yenilənmiş sənəddə dövlət qulluqçularının maaşlarının 20% artırılması əvəzinə, tədricən 43%-ə çatdırılması nəzərdə tutulur. Əlavə dəyər vergisinə də dəyişiklik edilib: 12% əvəzinə 10% təsdiq edilib. Əhali üçün bir sıra prioritet sahələr üzrə subsidiyalar da artırılıb.

Dekabrın 30-da Məclisin müvafiq komitəsi hökumətin əvvəllər təqdim etdiyi büdcə layihəsini rədd edərək qeyd edib ki, sənəddə əhaliyə, bazara, istehsal sektoruna diqqət artırılmalıdır. Həmin gün prezidenti Məsud Pezeşkian parlamentin sədri Məhəmməd Bağır Qalibafa məktub göndərib və orada hökumətin büdcə layihəsinə lazımi düzəlişlər etməyə hazır olduğunu bildirib. (yeni sabah)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
2
konkret.az

3Mənbələr