Bakı.Trend:
Azad olunan ərazilərdə 2025-ci il ərzində 1861 tank əleyhinəmina, 4 min 963 piyada əleyhinə mina, 52 min 392 partlamamış hərbisursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbərverir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, 69 205,7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində həyata keçirib.