AZ

Azad edilmiş ərazilərdə ötən il 6 min 824 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci il üzrə icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 4 min 963 piyada əleyhinə mina, 1 min 861 tank əleyhinə mina, 52 min 392 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 69 min 205.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

     

     

    Seçilən
    132
    38
    bakivaxti.az

    10Mənbələr