AZ

Maduro bu gün məhkəməyə çıxarılacaq

Maduro bu gün məhkəməyə çıxarılacaq

Venesuela Prezidenti Nikolas Maduro bu gün Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.

Məlumata görə, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Bakı vaxtı ilə saat 21:00-da hakim qarşısına çıxarılacaqlar.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən Maduro, onun həyat yoldaşı Siliya Flores, oğlu Nikolas Maduro Gerra, həmçinin Daxili İşlər naziri Diosdado Kabello, keçmiş daxili işlər naziri Ramon Rodriqes Çaçin və “Tren de Aragua” cinayət dəstəsinin lideri Hektor Rüsthenford Gerrero Flores barəsində irəli sürülmüş ittihamları əhatə edən iddianamə üzrə məxfilik bir neçə gün əvvəl ləğv edilib.

Qeyd edək ki, ilk dəfə 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dövründə elan olunan iddianamənin yenilənmiş variantında Nikolas Maduroya qarşı dörd ayrı ittiham irəli sürülüb.

Seçilən
19
1
afn.az

2Mənbələr