ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Venesuela ətrafında baş verən hadisələr fonunda Amerika neft şirkətlərinin səhmləri kəskin şəkildə yüksəlib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Chevron" Venesuelada fəaliyyətini davam etdirən yeganə böyük Amerika şirkətidir.
Bundan başqa, "ConocoPhillips" səhmləri 7,2%, "ExxonMobil Corp" səhmləri isə 4,1% artıb. O cümlədən, "Dow Jones Industrial Average" fond indeksində fyuçerslər 0,06%, "S&P 500"də 0,21%, "Nasdaq"da isə 0,5% artıb.
Xatırladaq ki, ABŞ xüsusi təyinatlı qüvvələri 3 yanvarda Venesuelada xüsusi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Onun bir neçə ömürlük həbs cəzası ilə nəticələnə biləcək narkotiklə bağlı ittihamlarla üzləşəcəyi gözlənilir.
Gülşən Şərif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.