AZ

Dövlət Simfonik Orkestrinin baş dirijoru xəstəxanadan evə buraxıldı

BAKI, 5 yanvar. TELEQRAF

Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayev xəstəxanadan evə buraxılıb.

Bu haqda Teleqraf-a Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva məlumat verib.

"Həyat yoldaşımın səhhəti yaxşıdır. Müalicəsi ev şəraitində davam edir", - deyə o, əlavə edib.

Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. O, halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olmuşdu.

Seçilən
165
teleqraf.com

1Mənbələr