Bakı. Trend:
Türkiyənin beşinci nəsil “F-35” qırıcılarının hazırlanması iləbağlı proqramdan kənarlaşdırılması ədalətsizlikdir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankaranın bu proqrama yenidənqaytarılması NATO bloku üçün mühüm əhəmiyyət daşıyır.
“Türkiyənin F-35 proqramına qayıdışı NATO üçün vacibdir. Türkiyəbu proqrama yenidən qoşulmalıdır. Türkiyəsiz NATO-nuntəhlükəsizliyi mümkünsüzdür. Rusiyadan hərbi texnika alınmasınagörə Türkiyənin proqramdan çıxarılması ədalətsizlikdir”, – deyəƏrdoğan bildirib.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raketkomplekslərinin tədarükünə dair müqavilənin bağlanmasından sonraAnkara ABŞ-nin F-35 qırıcılarının hazırlanması proqramındançıxarılıb.