AZ

Bayram günlərində dəmir yolları ilə 63 minə yaxın sərnişin daşınıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr-4 yanvarda 62 690 sərnişin daşıyıb.

Bu barədə Publika.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) daşınıb.

Qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları ilə 5 263 nəfər səfər edib.

Seçilən
125
10
publika.az

10Mənbələr