Hətta müttəfiqlər belə zəif və bölünmüş Avropanı ciddiyə almağı dayandıracaqlar. Bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
"Heç kim zəif və bölünmüş Avropanı ciddiyə almayacaq: nə düşmən, nə də müttəfiq. Bu, artıq aydındır. Nəhayət, gücümüzə inanmalıyıq, silahlanmaya davam etməliyik, əvvəlkindən daha çox birləşməliyik. Bir hamı üçün, hamı bir üçün. Əks halda, sonumuz çatacaq", - Tusk X-də ingilis dilində yazıb.
Bu, Polşa baş nazirinin ABŞ-ın beynəlxalq səhnədəki son hərəkətlərinə - Venesuelaya hücuma, eləcə də ABŞ prezidenti Donald Trampın Vaşinqtonun ərazi iddiaları, o cümlədən Danimarkanın bir hissəsi olan Qrenlandiyaya dair açıqlamalarına cavabı idi.
5 yanvarda Tramp ABŞ-ın milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyaya ehtiyacı olduğunu bildirdi.
Əziz MUSTAFA