AZ

İsrail İrana qarşı yeni əməliyyatının keçirilməsini təsdiq edib

İsrailin Baş naziri Benyamin Netanyahu son təhlükəsizlik iclaslarında İrana qarşı müxtəlif düşmənçilik ssenarilərini müzakirə edib.

Missiya.Az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, bu müzakirələr regional təhlükəsizliklə bağlı artan gərginlik fonunda aparılıb.

Məlumata görə, Netanyahu ötən axşam İsrailin təhlükəsizlik kabinetinin üzvləri ilə bir neçə saat davam edən qapalı görüş keçirib. Görüşün əsas gündəmini regiondakı son proseslər, xüsusilə də İranla bağlı məsələlər təşkil edib. İclasda mümkün hərbi variantlar, bu addımların regional nəticələri, eləcə də İran və digər regional aktorların verə biləcəyi cavab tədbirləri üzrə müxtəlif ssenarilər müzakirə olunub.

Qeyd olunub ki, İsrail rəsmiləri məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
2
missiya.az

3Mənbələr