AZ

Azərbaycan hökumətlərin süni intellektin tətbiqinə hazırlıq indeksində yüksəlib

2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan 70-ci pillədə qərarlaşıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, indeksi "Oxford Insights" şirkəti tərtib edib.

İndeks çərçivəsində ayrı-ayrı kateqoriyalar üzrə Azərbaycana aid nəticələr belədir:

Siyasət qabiliyyəti - 53.50;

AI İnfrastruktur - 46.21;

İdarəetmə - 50;

İctimai sektorda AI tətbiqi - 66.97;

İnkişaf və yayılma - 34.73;

Dözümlülük - 58.27.

Qeyd edək ki, Türkiyə qlobal reytinqdə 48-ci yer və 58,10 xalla Cənubi və Mərkəzi Asiya regionunda ikincilik statusunu qoruyub saxlayır. Azərbaycan isə region üzrə 6-cı pillədə qərarlaşıb.

Gürcüstan 84, Ermənistan isə 108-ci yerdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
1
olaylar.az

2Mənbələr