AZ

Tramp: Kuba çökəcək

ain.az, Azvision portalına istinadən məlumat verir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə müsahibə verərkən dilə gətirib. O diqqətə çatdırıb ki, Kuba Venesuela neftinə çıxışını əldən verdiyi üçün əhəmiyyətli gəlirdən məhrum qalacaq: "Kuba çökmək üzrədir. Bilmirəm, necə davam gətirə billirlər, amma artıq gəlirləri yoxdur".

Tramp: "Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək"

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. O, əsasən narkoterrorizmdə təqsirləndirilir, bu gün ABŞ-də məhkəmə qarşısına çıxarılması gözlənilir. Kuba hökumətinin məlumatına əsasən, ABŞ-nin əməliyyatı nəticəsində 32 kubalı həyatını itirib. ABŞ Dövlət katibi Marko Rubionun sözlərinə görə, cari hadisələr fonunda Kuba böyük problemə çevrilib. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azvision.az

2Mənbələr