AZ

"Bizi Rusiyaya görə oradan çıxardılar" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-nin F-35 qırıcı təyyarə proqramından kənarlaşdırılmasını ədalətsiz adlandırıb.

Redaktor.az xəbər verir ki, o, Türkiyənin proqrama qaytarılmasının NATO üçün də vacib olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə toxunaraq deyib:

“Türkiyənin F-35 proqramına qayıtması NATO üçün vacibdir. Türkiyə bu proqrama yenidən qoşulmalıdır. Türkiyə olmadan NATO-nun təhlükəsizliyi mümkün deyil. Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbindən proqramdan kənarlaşdırılması ədalətsizdir”.

Seçilən
77
3
redaktor.az

4Mənbələr