“Stratfor” analitik mərkəzinin proqnozuna görə, Ermənistan və Azərbaycan 2025-ci il çərçivə sülh sazişinin müddəalarını həyata keçirmək naminə aralarında yeni müharibə riskini azaltmaq üçün mülayim addımlar atacaqlar.
"Yeni Sabah" xəbər verir ki, mərkəzin fikrincə, iki ölkə arasında ticarətin tənzimlənməsi çox güman ki, ehtiyatla davam edəcək: hər iki tərəf hərtərəfli iqtisadi inteqrasiyadan daha çox məhdud ticarət əlaqələri vasitəsilə etimad yaradacaq.
Ölkə daxilində Nikol Paşinyan artan ictimai narazılıqla üzləşəcək. Bu, əsasən Azərbaycana edilən güzəştlər və Erməni Apostol Kilsəsi ilə gərgin münasibətlərdən qaynaqlanır.
Baş nazir çox güman ki, konstitusiyaya dəyişikliklərlə bağlı referendumu iyun seçkilərinə qədər təxirə salacaq. Əgər o, yenidən seçilməsə, sülh sazişi layihəsinin taleyi qeyri-müəyyən olacaq. Lakin o, seçkidən sonra hakimiyyəti qoruyub saxlayarsa, çox güman ki, ABŞ və Azərbaycanla imzalanmış birgə bəyannamənin mərkəzi hissəsi olan “Trampın yol xəritəsi”nin həyata keçirilməsinə üstünlük verəcək.
Bakı da öz növbəsində Araz dəhlizinin İran ərazisindən keçən hissəsini TRIPP ilə paralel şəkildə tamamlayacaq, eyni zamanda, TRIPP-i təsir aləti və alternativ olaraq saxlayacaq, əməkdaşlıq etmədiyi təqdirdə Ermənistan regional inteqrasiyadan kənarlaşdıracaq.
Rusiya TRİPP-in inkişafına meydan oxumağa çalışacaq, lakin onun regionda zəifləmiş mövqeyi onun həm İrəvan, həm də Bakının Qərb istiqamətinə mane olmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Telegram kanalımız