AZ

İngiltərə klubunun hücumçusu "Sportinq"ə transfer olunub

İngiltərənin "Vest Hem" klubunun hücumçusu Luis Gilyerme "Sportinq"ə (Portuqaliya) transfer olunub.

"Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı braziliyalı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. O, yeni klubunda "31" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Luis Gilyerme 2024-cü ildən formasını geyindiyi Premyer Liqa təmsilçisinin heyətində 18 oyun keçirib.

Seçilən
109
2
far.az

4Mənbələr