AZ

Mbappe həmin oyunu buraxacaq

style='margin-bottom:10px;'>

Madrid “Real”ının hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bildirilib ki, yanvarın 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq görüşdə fransız futbolçu meydana çıxmayacaq. Daha əvvəl Mbappenin komanda ilə birlikdə oyuna gedəcəyi və iştirakının sual altında olduğu qeyd edilsə də, son məlumatlara görə o, zədə səbəbindən “Atletiko”ya qarşı oynamayacaq.

Xatırladaq ki, İspaniya Superkubokunun digər yarımfinalında “Barselona” ilə Bilbao “Atletik”i üz-üzə gələcək. Turnirin final matçı yanvarın 11-də keçiriləcək.

Seçilən
121
1
teleqraf.com

2Mənbələr