AZ

“Arxayındırlar ki, xalqı əzaba düçar etdiklərinə görə cəza almayacaqlar”


“Təkcə Bakıda deyil, respublikanın digər rayonlarında da bayram günlərində qaz olmadı. Təsəvvür edin, bayram günü Ağsu rayonunda qaz və işıq olmadığına görə insanlar nə qədər narahatlıq keçirir, bir-birilərinə zəng edirdilər. Bu, çox ciddi məsələdir.
“Azəriqaz”ın Mətbuat xidməti yalnız smart tipli sayğacların yüklənilməsi imkanının olmadığını və bunun üzərində iş getdiyi, yoluna qoyulacağı barədə məlumat verdi. Bundan artığına rast gəlmədim.
Nə üçün qaz olmadı? Bu, başqa bir dərddir. Sosial şəbəkələrdə yazırlar ki, “Azəriqaz” deyib,  bayram günləridir, istirahət edirlər. Bu qurum xidməti sahə ilə məşğuldur. 24 saat ərzində işləyir. Növbəlilik qaydası var. Ola bilməz ki, əhaliyə xidmət göstərməsin. Bayram günlərində insanları qaranlıqda, istiliksiz saxlamaq nə deməkdir? İnsanların əsəbi ilə oynayırlar”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Yadlarına düşmür ki, XXI əsrdir, Azərbaycan qaz, elektrik enerjisi ölkəsidir. Yaponiyada şirkət bir neçə qəpik ziyan vurmuşdu, bütün kollektiv, direktor başda olmaqla, canlı efir vasitəsilə xalqdan üzr istədi.
Başqa bir şirkət isə nöqsana yol verdiyinə, qiymət artımı olduğuna görə üzr istədi, kollektiv istefa verdi. Görün nə qədər yüksək mədəniyyət var, xalqın qayğısına qalırlar. Bizdə isə heç kim məsuliyyət daşımır, çünki cəzalanacaqlarını düşünmürlər. Nəticədə, belə hadisələr baş verir.
Əslində isə ən azı “Azəriqaz”ın sədri, yaxud qurumun Mətbuat xidməti bununla bağlı açıqlama verməli idi. Hətta bildiyimə görə, jurnalistlər qurumun özbaşınalığı ilə bağlı çoxsaylı sorğu ünvanlayıblar. Onlara da cavab verilməyib.
Seçilən
54
6
yeniavaz.com

7Mənbələr