AZ

Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.

M.Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
6
baku.ws

7Mənbələr