AZ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu bəlli olub

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan I Dəstəsinin mükafat fondu bəlli olub.

Bu barədə SİA-ya Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Sənan Şəfizadə məlumat verib.

O, çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb:

"Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək".

Qeyd edək ki, Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
17
sia.az

10Mənbələr