Azərbaycan yeraltı rep səhnəsinin ən parlaq simalarından biri olan Xpert (Şəhriyar Atababayev) uzun fasilədən sonra yeni albom xəbəri ilə gündəmə gəlib.
Bir nəslin formalaşmasında mühüm rol oynamış sənətçi “Qafiyəni Saxladılar” adlı albomu ilə dinləyicilərini sevindirib.Alboma həsr olunan promo videoda ustad şair Məhəmmədhüseyn Şəhriyarın misralarına, eləcə də müasir meyxana sənətinin tanınmış nümayəndələrinin səsindən səslənən nümunələrə yer verilib.Alboma verilən ad və seçilən konsepsiya sosial şəbəkələrdə həm dinləyicilər, həm də sənət cameəsi tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda sosial şəbəkə viral olub.Sosial şəbəkə istifadəçiləri Xpert-in bu addımını Azərbaycan repində söz və məna dərinliyinə dönüş kimi qiymətləndirirlər.
Qeyd edək ki, “Qafiyəni Saxladılar” albomuna daxil olan treklər il ərzində mərhələli şəkildə sənətçinin rəsmi YouTube səhifəsində yayımlanacaq.
Layihənin musiqi və səs prodüseri — Kray Heaven (Kamal Valiyev), vizual konsept müəllifi — Orxan Ata, quruluşçu rəssam — Səbuhi Atababayev, geyim rəssamı — Ağasi Bəyim Atababayeva, kreativ redaktor — Elşən Mehdi, kreativ direktor — Mikaelzadé, kreativ məsləhətçi — Ayxan Tanrıverdizadə, ictimai əlaqələr üzrə məsul şəxs — Əliheydər Zeynalzadə, menecer — İsmayıl Zeynalzadə, media menecer — Könül İbrahim, rəqəmsal əməliyyatlar üzrə məsul şəxs — Elnur Qələndərzadə, mənbə və istinad kuratoru — Dadaş Ələkbərov, məlumat analitikası üzrə məsul şəxs isə — Orqal Tanrıverdizadədir.
Bu gönderiyi Instagram’da gör
XPERT (@xpertagram)’in paylaştığı bir gönderi