AZ

Əyləncə mərkəzində faciə - 18 yaşlı gənc öldü

Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.


News365.az xəbər verir ki, Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.


K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. (Mənbə: Qafqazinfo)

Seçilən
113
13
news365.az

10Mənbələr