Antarktidada “Qiyamət günü” buzlağı hərəkətə keçib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Böyük Britaniya boyda olan buzlaq ərisə, okean səviyyəsi 3-5 metr qalxa bilər.
Məlumata görə, alimlər Antarktidada “Qiyamət günü” buzlağı kimi tanınan Tueyts buzlağının hərəkətə başladığı barədə xəbərdarlıq ediblər.
Qeyd olunur ki, sahəsinə görə bu buzlaq Böyük Britaniya ərazisi ilə müqayisə olunacaq böyüklükdədir.
Hesablamalara görə, onun tam əriməsi dünya okeanının səviyyəsini minimum 60 sm, ən pis ssenaridə isə 3-5 metrə qədər qaldıra bilər.
Bu proses digər buzlaqların da əriməsinə səbəb olacaq zəncirvari reaksiyanı işə sala bilər.
Peyklər qeydə alır ki, isti sular buzlağın özülünü yuyur və orada çatların yaranmasına səbəb olur.
Vəziyyətlə bağlı yekun nəticələrin beynəlxalq ekspedisiya başa çatdıqdan sonra elan ediləcəyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az