AZ

Abubakar Braziliya klubuna KEÇƏ BİLƏR

Vensan Abubakarın “Neftçi” karyerası qısa çəkə bilər. 

Bizim.Media Braziliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun bu ölkədə çıxış etməsi realdır. 

Çünki Kamerun millisinin üzvü “Vasko da Qama”ya təklif olunub. 
 

Braziliya klubu yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək niyyətindədir. Rəhbərlik ulduz futbolçunun transfer variantını nəzərdən keçirməyə başlayıb.


Oyunçu özü də Braziliyaya köçməyin əleyhinə deyil. Lakin futbolçunun bir şərti var. O, yalnız iddialı layihə təqdim olunacağı təqdirdə “Vasko da Qama”da oynamağa razılıq verər.

Abubakarın “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Bildirilir ki, futbolçu Premyer Liqa təmsilçisi ilə sözləşməsini yeniləməyi planlaşdırmır. Üstəlik, yeni baş məşqçi Yuri Vernidub da ona əsas heyətdə yer verməyəcəyini bildirib.

Bizim.Media

Seçilən
77
9
bizim.media

10Mənbələr