AZ

Rusiyanın neft şirkətlərinin səhmləri ucuzlaşdı

Rusiyanın neft şirkətlərinin səhmləri 2026-cı ilin ilk ticarət sessiyasında ucuzlaşıb. Səhmlərin dəyər itkisinə ABŞ-nin Venesuelada apardığı əməliyyatın səbəb olduğu irəli sürülür.

Teleqraf xəbər verir ki, "Rosneft" in səhmləri -0.98% (405 rubla), "Qazprom Neft" in səhmləri -0.21% (487.6 rubla),"Tatneft"in adi səhmlər -0.72% (576.5 rubla), "Başneft" in adi səhmləri -0.9% (1437.5 rubla), "Lukoil"ın səhmləri -0.53% (5877 rubla), "Surqutneftegaz"ın adi səhmləri -0.21% (21.67 rubla) qədər ucuzlaşıb.

Londonun ICE birjasında mart ayı üçün Brent markalı xam neftin fyuçersləri 0,23% azalaraq 60,61 dollar təşkil edib.

Seçilən
37
49
teleqraf.com

10Mənbələr