Türkiyədə “Kızılcık Şerbeti” serialının baş rol ifaçısı Doğukan Güngör saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Aktyor Doğukan Güngörün İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Narkotik” istintaqı çərçivəsində saxlanıldığı bildirilib.
Qeyd edək ki, istintaq çərçivəsində indiyə qədər 36 nəfər həbs olunub.