Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 3-cü mikrorayon dairəsi istiqamətində yerləşən körpünün sağ tərəfi parkinq kimi istifadə edilir. Bu da yoldan istifadə edən sürücülərin narazılığına səbəb olur.
Bildirilib ki, vəziyyət artıq uzun müddətdir davam etsə də, problemə qarşı hər hansı real tədbir görülmür.
"Ərazidə avtomobillərin yol kənarında nizamsız şəkildə saxlanılması hər səhər ciddi tıxaca səbəb olur. Nəticədə onlarla insan işinə, şagirdlər isə məktəblərinə gecikir. Problem xüsusilə pik saatlarda daha da kəskinləşir və yolun hərəkət zolaqları demək olar ki, tam bağlanır".