AZ

Xameneinin "B planı" nədir?

İranda davam edən etirazlar səbəbindən ölkənin dini lideri Əli Xameneinin Moskvaya təxliyəsi üçün plan hazırlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb. 

Qəzet bildirir ki, ayətullah ordunun və təhlükəsizlik qüvvələrinin fərarilik etdiyini, etirazçıların tərəfini tutduğunu və ya əmrləri yerinə yetirmədiyini görərsə, 20 nəfərlik köməkçisi və ailə üzvlərinin müşayiəti ilə Tehranı tərk etməyi planlaşdırır.

""B planı" Xamenei və onun yaxın ətrafı, o cümlədən oğlu və ehtimal olunan varisi Müctəba üçün nəzərdə tutulub", - deyə kəşfiyyat mənbəsi bildirib.

Ağarza Elçinoğlu 

Seçilən
67
3
unikal.az

10Mənbələr