AZ

Türkiyənin məşhur serialının aktyoru saxlanıldı

BAKI, 5 yanvar. TELEQRAF

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının aktyoru Doğukan Güngör saxlanılıb.

Teleqraf xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində 8 oktyabr tarixindən bu yana bir neçə əməliyyat həyata keçirilib.

Musiqiçi, menecer və iş adamları da daxil olmaqla, ictimaiyyətə tanış olan bir çox şəxslər ifadə verib, həmçinin narkotik testi üçün qan və saç nümunələri təqdim ediblər.

Qeyd edək ki, Doğukan Güngör serialda Fatih obrazını canlandırır.

Seçilən
44
37
teleqraf.com

4Mənbələr