AZ

“Globe Soccer Awards”a layiq bilindilər

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Globe Soccer Awards”ın mükafatlandırma mərasimi keçirilib. Tədbir ənənəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilib."Football-plus.az" xəbər verir ki, mərasimdə 2025-ci il üzrə üç nominasiyada PSJ-nin futbolçuları mükafata layiq görülüblər. Komandanın hücumçusu Usman Dembele 2025-ci ilin ən yaxşı futbolçusu seçilib. Dezire Due isə ən yaxşı gənc futbolçu kimi mükafatın sahibi olub. Digər nominasiyada isə Vitinya ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.İlin ən yaxşı klubu üçün ayrılan mükafat PSJ-yə çatıb. Fransa klubu bu il ölkə çempionatı, ölkə kuboku və superkuboku, həmçinin Çempionlar Liqası, Avropa Superkuboku və Qitələrarası Kubokun qalibi olub.Bu titulların qazanılmasında böyük rolu olan Luis Enrike ilin ən yaxşı məşqçisi seçilib.“Barselona”nın yeniyetmə oyunçusu Lamin Yamal ilin ən yaxşı hücumçusu adına layiq görülüb. İspaniyalı futbolçu nüfuzlu mükafat uğrunda mübarizədə Usman Dembele, Xviça Kvaratsxeliya (hər ikisi PSJ), Kilian Mbappe (Real) və Rafinya (Barselona) kimi rəqiblərini geridə qoymağı bacarıb.Mərasimdə Kriştiano Ronaldo da mükafatsız qalmayıb. “Əl-Nəssr”in hücumçusu 2025-ci ildə Yaxın Şərqin ən yaxşı futbolçusu adına layiq görülüb. Portuqaliyalı bu nominasiyada Kərim Benzema (Əl-İttihad), Salem Əl-Dossari (Əl-Hilal) və Riyad Mahrez (Əl-Əhli) kimi məşhur rəqiblərini geridə qoyaraq mükafatın sahibi olub. Yeri gəlmişkən, Kriştiano bu il növbəti şəxsi uğura imza atıb. O, karyerasında 14-cü dəfə təqvim ili ərzində 40 qol səddini keçməyi bacarıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
10
icma.az

10Mənbələr