AZ

Andrey Demçenkonun köməkçiləri müəyyənləşdi

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçinin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
4
icma.az

10Mənbələr