Mia.az saytına istinadən ain.az xəbər verir.
SHOW TV-də yayımlanan məşhur "Kızılcık Şerbeti" serialının baş aktyorlarından Doğukan Güngör İstanbulda saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən narkotik maddələrin istifadəsi və sartşı üzrə açılmış cinayət işi üzrə istintaqa cəlb olunub.
Məlumata görə, aktyor evində jandarma tərəfindən tutulub: "O, gün ərzində istintaqa ifadə verəəck, daha sonra isə narkotestə göndəriləcək".
Xatırladaq ki, Doğukan 1 iyul 1996-cı ildə Ankarada anadan olub. Beykent Universitetində aktyorluq təhsili alarkən məktəbin teatr dərnəyində aktyorluğa başlayıb. peşəkar aktyorluğa "Məryəm" serialında qədəm qoyub.
Aktyor bura qədər bir çox serial və filmlərə çəkilib.
Firudin Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.