Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha bir yenilik istifadəyə verilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilirlər.
Yenilik vətəndaşlara sərhədkeçmə məlumatlarını daha rahat və çevik şəkildə izləmək imkanı yaradır. Məlumat həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.
Məlumatı əldə etmək üçün:
Qeyd edək ki, xidmət vətəndaşın yalnız Azərbaycana giriş və Azərbaycandan çıxış məlumatlarını göstərir. Xarici ölkələrin sərhədkeçmə məlumatları mövcud deyil.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store
Sosial media hesablarını izləmək üçün keçid
"Cebheinfo.az"