“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanmağa davam edir.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, hazırda tərəflər arasında italiyalı futbolçunun Kataloniya klubuna potensial transferi ilə bağlı açıq danışıqlar aparılmayıb.
Hər şey “Barselona”nın maliyyə imkanlarından asılı olacaq. Bastoninin transferi 70-80 milyon avro dəyərində ola bilər.
Müdafiəçi, eyni zamanda, hazırda “İnter”lə yeni müqavilə ilə bağlı danışıqlar aparır. 26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.