AZ

Sumqayıtda dəm qazından zəhərlənənin VƏZİYYƏTİ AÇIQLANDI

Sumqayıtda dəm qazından zəhərlənənin vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən bildirib.

"Yanvarın 4-də saat 20:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1960-cı il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

*** 01:48

Sumqayıt şəhərində iki nəfər dəm qazından zəhərlənib.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisələr şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi evdə 1960-cı il təvəllüdlü Qənirə Kərəm qızı Yusifova hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə "Tuq zavod" adlandırılan ərazidə yerləşən fərdi evdə qeydə alınıb. 1968-ci il təvəllüdlü Təranə Səməndər qızı Quliyeva hamam otağında dəm qazından zəhərlənib.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
91
6
far.az

10Mənbələr