AZ

Trabzonspor 5 milyona aldığı oyunçunu 30 milyona satmadı

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Trabzonspor''un mövsümün əvvəlində ''Bastiya''dan heyətinə qatdığı Krist İnao Ulai ilə bağlı maraqlı transfer xəbəri yayılıb. "Football-plus.az" xəbər verir ki, cəmi 19 yaşında olmasına baxmayaraq texnikası, mərkəzdə oyunu idarə etmək, oyunu oxumaq qabiliyyəti ilə seçilən futbolçu Türkiyədə dərhal diqqəti cəlb etməyi bacardı. Avropanın önəmli klubları tərəfindən təqib edilən Kot d'İvuarlıya görə ''Trabzonspor''a ilk təklif irəli sürülüb. ''Sabah''nəşrinin yazdığına inansaq, A seriyasının iddialı klublarından olan və Çempionlar Liqasında iştirak edən ''Atalanta'' qaradənizlilərə 30 milyon avroluq təklif göndərib. Maraqlıdı ki, ''bordo-mavililər''in bu təklifi geri çevirdiyi deyilir. Halbuki Ulai ötən yay cəmi 5,5 milyon avroya transfer edilib. İddialara inansaq, ''Trabzonspor'' Ulaiyə 50 milyon avro dəyər qoyub və gənc futbolçunu bundan aşağı qiymətə satmayacaq. Ulai bu məbləğə satılsa, superliqanın tarixinə düşəcək. O, Türkiyə çempionatından xarici kluba ən baha qiymətə satılan futbolçuya çevriləcək. Hazırda Afrika Millətlər Kubokunda Kot d'İvuarın heyətində yer alan və hətta Qabonla qarşılaşmanın (3:2) ən yaxşı oyunçusu seçilən Ulai bu mövsüm 10 oyunda aktivinə 3 qol, 2 məhsuldar ötürmə yazıb. Transfer dəyəri 8 milyon avro civarında olan istedadlı futbolçunun ''Trabzonspor''la 2030-a qədər müqaviləsi var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
99
9
icma.az

10Mənbələr