
Ukrayna hakimiyyəti Rusiya ilə münaqişədə iki mümkün ssenariyə hazırlaşır.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, birinci seçim münaqişənin həlli üçün hər iki tərəfin diplomatik səylərinə etibar etməyi əhatə edir və Ukrayna hazırda məhz bu ssenariyə meyllidir."Lakin Ukraynanın aktiv müdafiəsini davam etdirməli olacağı başqa bir ssenarini də nəzərdən qaçırmaq olmaz. Avropa İttifaqı (Aİ) və respublikanın digər Qərb tərəfdaşlarının Rusiyaya təzyiqi yetərli olmayacağı təqdirdə bu ssenari gerçəkləşəcək"- Ukrayna lideri bildirib.O əlavə edib ki, Ukrayna hər iki ssenariyə hazır olacaq.
İlahə QənbərliMissiya.Az