ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqası postsovet məkanının aparıcı liqaları sırasında top-3-ə daxil olub.
İdman.Biz “Transfermarkt”a istinadən xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar dəyəri 125,9 milyon avro (259,9 milyon manat) qiymətləndirilir.
Bu göstərici üzrə Azərbaycan çempionatı üçüncü yerdədir, yalnız Rusiya və Ukraynadan geri qalır, amma Özbəkistan, Qazaxıstan və Belarus kimi liqaları qabaqlayır.
Qeyd edək ki, Misli Premyer Liqasının yüksək mövqeyi klubların Avrokuboklarda sabit iştirakına, legionerlərin transfer dəyərinin artmasına və çempionatın rəqabətədavamlı səviyyəsinin qorunmasına əsaslanır.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.