AZ

Hava limanı itlər üçün sığınacağa çevrildi Foto

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Yeni il ərəfəsində hamının bayram etdiyi, növbəti ilin gəlişini atəşfəşanlıqla keçirdiyi bir zamanda Almaniyanın Paderborn-Lippştadt hava limanı itləri səs-küydən qorumaq üçün maraqlı addım atıb. 

“Qafqazinfo” hava limanının sosial şəbəkə hesabına istinadən xəbər verir ki, aeroport 31 dekabr tarixində terminalını itlər üçün sakit sığınacağa çevirib.

Belə ki, əvvəlcədən verilmiş elana əsasən, Yeni il gecəsi terminalda kafelər işləyib, giriş isə pulsuz və qeydiyyatsız olub.

Bu təşəbbüsün məqsədi ilin ən səs-küylü saatlarını atəşfəşanlıq səslərinin eşidilmədiyi bir məkanda keçirmək olub. Təşəbbüsə qoşulan bir çox it sahibi sevimli ev heyvanlarını hava limanına gətirib. 

Şirkətlərdən biri isə gecə saatlarını burada keçirən ev heyvanlarına kiçik hədiyyələr paylayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
50
qafqazinfo.az

10Mənbələr