Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi ilə bu ölkənin İrana ödəməli olduğu 2 milyard dollar borc da batdı.
Axar.az xəbər verir ki, bunu İranın tanınmış iş adamı Babək Zəncani özünün X səhifəsində yazıb.
“İran tarixində sanksiyalara görə təzyiqlərə məruz qalan və edam hökmünə məhkum edilən yeganə şəxs mən olmuşam”, - iş adamı əlavə edib.
O, ad çəkmədən Venesuelada olan 2 milyard dolların sanksiyalardan yayınmaq istəyən İran hökuməti məmurlarının fırıldaqçılığı nəticəsində yoxa çıxdığını yazıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.