AZ

Çin ilə Venesuela arasında yeganə birbaşa uçuş dayanıb

Pekin, 5 yanvar, AZƏRTAC

Venesuelanın “Conviasa” aviasiya şirkətinin paytaxt Karakas ilə Çinin Quancou şəhəri arasındakı uçuşları dayanıb.

AZƏRTAC “Global Times” qəzetinə istinadla xəbər verir ki, “Conviasa”nın Çindəki tərəfdaşı uçuçların sabit olmayan beynəlxalq vəziyyət və təhlükəsizlik məsələləri ilə əlaqədar ləğv edildiyini açıqlayıb. Yanvarın 5-nə nəzərdə tutulan uçuşun Quancou-Moskva hissəsi yerinə yetiriləcək, amma Moskva-Karakas hissəsi baş tutmayacaq. Belə ki, təyyarə Moskvadan Karakasa sərnişinsiz uçacaq.

Çinin Xarici İşlər Nazirliyi və Karakasdakı səfirliyi Venesueladakı məlum hadisələrdən sonra vətəndaşlarına müraciət edərək bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib. Venesueladakı Çin vətəndaşlarına isə təhlükəsizlik məsələlərinə diqqət yetirmək, ehtiyac olmadığı halda küçəyə çıxmamaq məsləhət görülüb.

Qeyd edək ki, “Conviasa”nın Karakas-Quancou-Karakas uçuşları Moskvada qısa dayanmaqla 2 həftədən bir yerinə yetirilirdi. Bu, Çin ilə Venesuela arasında yeganə birbaşa uçuş olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
83
11
azertag.az

10Mənbələr