AZ

NBA: Son çempion səfərdə məğlub olub

NBA:

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Finiks Sanz” doğma meydanda son çempion “Oklahoma Siti Tander”i qəbul edib.

Görüş ev sahiblərinin 108:105 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Oklahoma Siti Tander” Qərb Konfransının turnir cədvəlində birincidir, “Finiks Sanz” isə yeddinci pillədə qalıb.

Matçların nəticələri

“Orlando Mecik” – “İndiana Peysers” – 135:127

“Vaşinqton Uizards” - “Minnesota” – 115:141

“Finiks Sanz” - “Oklahoma Siti Tander” – 108:105

“Los-Anceles Leykers” – “Memfis Qrizlis” – 120:114

“Bruklin Nets” – “Denver Naqqets” – 127:115

“Mayami Hit” - “Nyu Orleans Pelikans” – 125:106

“Sakramento” – “Miluoki Baks” – 98:115.

Seçilən
15
5
xalqcebhesi.az

8Mənbələr