“Venesuela və İran rejimlərinin eyni vaxtda devrilməsi təkcə həmin ölkələrin xalqları üçün yox, həm də ABŞ və bütün dünya üçün müsbət dəyişiklik ola bilər”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeo Venesuela və İranda baş verən ictimai-siyasi prosesləri şərh edərkən deyib.
Keçmiş dövlət katibi qeyd edib ki, Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun avtoritar müttəfiqləri, xüsusilə İran rejimi artan narahatlıqla üz-üzədirlər. Pompeonun sözlərinə görə, ABŞ-nin əməliyyat və maliyyə təzyiqləri nəticəsində zəiflədilmiş İrandakı diktatura da çöküşün astanasında ola bilər.
“Əgər bu gedişat düzgün idarə olunarsa, dünyada tarixi miqyasda müsbət dəyişikliklər anının formalaşması mümkün olacaq”, – o, İrandakı ümumxalq etirazları barədə vurğulayıb. (teleqraf)