Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyalı general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktı üçün istifadə edilən əldəqayırma partlayıcı qurğu tikinti materialı adı altında hissə-hissə Varşavadan gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin iştirakçısı bildirib.
Hərbçiyə qəsd planının təfərrüatı məhkəmə iclasında üzə çıxıb.
"Koordinatorlar müxtəlif tikinti materialları adı altında Varşavadan Moskvaya əldəqayırma partlayıcı qurğunun detallarının bağlama şəklində göndərilməsini təşkil ediblər. Axmadjon Kurbonov cinayəti törətmək üçün istifadə edilən partlayıcı qurğunu icarəyə götürülmüş 10 mənzildən birində yığıb", - nəşr yazıb.
Moskva məhkəməsi terror aktının koordinatorları Andrey Gedzik, Saidakber Qulomov və Mirjalol Odilovun qiyabi həbsinə qərar verib.
Məhkəmə qapalı qaydada davam edir. Bütün təqsirləndirilən şəxslər terror fəaliyyətində iştirakda, mütəşəkkil dəstə halında terror aktı törətməkdə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində və terror aktları üçün hazırlıq keçməkdə ittiham olunurlar.
Xatırladaq ki, Axmadjon Kurbonov və əslən Bakıdan olan erməniəsilli Robert Safaryan təqsirli olduqlarını etiraf edərək peşman olduqlarını bildiriblər.
Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının general-leytenantı İqor Kirillov 2024-cü il dekabrın 17-də Moskvada avtomobilin partlaması nəticəsində həlak olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.