ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, naməlum şəxs rayonun kəndlərindən birindəki mənzilə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
O bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan birinə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqəsi və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.